Samux rayonunda ilk cüdo zalı fəaliyyətə başlayıb. Yeni idman zalı Sərkar kənd tam orta məktəbində istifadəyə verilib.
Azərbaycan Cüdo Federasiyası tərəfindən yaradılan zal müasir standartlara uyğun tatamilər və məşq prosesi üçün zəruri avadanlıqlarla təchiz olunub.
Burada 80 uşaq və yeniyetmənin cüdo ilə məşğul olması, idman bacarıqlarını inkişaf etdirməsi üçün əlverişli şərait yaradılıb.