26 noyabr 2026 11:02
237

Azərbaycan İdman Akademiyasında cüdo məşqçiliyi üzrə beynəlxalq tədris proqramı davam edir

Azərbaycan Cüdo Federasiyası, Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumu çərçivəsində Akademiyanın cüdo məşqçiliyi ixtisası üzrə I–IV kurs tələbələri üçün nəzəri və praktiki məşğələlər davam etdirilir.

Dərslər əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində və Azərbaycan İdman Akademiyasında təşkil olunur. Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərlik etdiyi layihəyə yerli və xarici mütəxəssislər də cəlb edilib.

Beynəlxalq məşqçilik standartlarına uyğun hazırlanmış tədris proqramı tələbələrin həm nəzəri biliklərinin artırılmasına, həm də praktiki bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir.