Ağsu rayonunda son bir ildə 12 min nəfərədək əhalinin yaşadığı 10 kəndə təbii qaz verilib.
Ağsu Regional Qaz İstismar İdarəsindən AZƏRTAC-a bildirilib ki, artıq rayon əhalisinin 96 faizi “mavi yanacaq”dan istifadə edir.
Rayonun ən ucqar yaşayış məntəqələri, o cümlədən şimal dağlıq ərazidə yerləşən Kalva, Suraxanı kimi kəndlər də qazlaşdırılıb.
On yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumilikdə, 133 min 412 metr metal və polietilen boru xətləri çəkilib, 1915 abonent sayğaclaşdırılıb.