Rəsmilərin verdiyi məlumata görə, Şimali Kolorado ştatında yerlşən neft quyuunda baş verən sıza nəticəsində 28 min qalon neft ətrafa yayılıb.
“Denver Post” qəzetinin verdiyi məlumata görə, “Anadarko Petroleum Corp.” şirkətinin davamlı hasilat təchizatının yerini dəyişməsi sızmaya səbəb olub. Koloradonun təbii ehtiyatlar üzrə sözcüsü Todd Hartman da Texasın neft şirkətinin belə bir vəziyyətlə rastlaşmasının səbəbinin hasilat təchizatının yerini dəyişdirilməsi ilə əlaqələndirir.
Qeyd edək ki, Koloradonun”Oil and Gas Conservation Commission” təşkilatının nümayəndə heyəti artıq sızmanın baş verdiyi əraziyə çatıb.