Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Nizami Gəncəvinin davamçılarından olan məşhur özbək əsilli şair, filosof Əlişir Nəvainin anadan olmasının 580-ci ildönümü münasibətilə videoçarx hazırlayıb.
İdarədən "İki sahil"ə verilən məlumata görə, videoçarxda şairin həyat və yaradıcılığı haqqında məlumat verilib. İlk olaraq, Nəvainin uşaqlıq və gənclik illəri, yaşam tərzi haqqında məlumat səsləndirilib.
Dahi mütəfəkkir Əlişir Nəvai biri-birindən gözəl, lirik-romantik, realist-tarixi, ədəbi-bədii, fəlsəfi-təsəvvüf və elmi-nəzəri əhəmiyyətə malik ölməz əsərlər müəllifidir ki, dünya klassikləri sırasında özünəməxsus yer tutub.
Videoçarx kitabxananın sosial hesablarında təqdim edilib.