“Maşa və Ayı” cizgi filminin növbəti buraxılışında Azərbaycandan bəhs edilir.
“İki sahil” xəbər verir ki, cizgi filminin bu buraxılışı Azərbaycanın “Cırtdan” xalq nağılı əsasında hazırlanıb.

Buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – çörəkdən, dolmadan bəhs edilir, şəkərbura, paxlava nümayiş olunur. Bundan başqa, filmdə məşhur “Cücələrim” mahnısı da səsləndirilir.
Cizgi filminin bu buraxılışına “YouTube” kanalında qısa müddətdə xeyli baxış olub.
