Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
“İki sahil” xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 10 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfdaş qurumlarla əməkdaşlıq çərçivəsində gənclərin peşəkar inkişafına töhfə verir - ÖZƏL
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində gənclərin maarifləndirilməsi istiqamətində geniş fəaliyyət həyata keçirilib -
Efiopiya ilə həssas qruplara xidmətlər sisteminin inkişafı sahəsində əməkdaşlıq sənədi imzalanıb