Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Musiqi Akademiyası və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Bakı Kamera Orkestrinin konserti keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi və dirijorluğu ilə keçən kamera musiqisi gecəsində Edvard Qriq, Rixard Vaqner, Fərhad Bədəlbəyli və s. Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənib. Konsert proqramında solo hissələri violin ifaçısı Nəzrin Aslanlı ifa edib.