Bakı Ali Neft Məktəbinin (BANM) AzPlagio komandası Təhsil Nazirliyinin təşkil etdiyi EdTech Startap Müsabiqəsinin qalibi olub. Komanda müsabiqənin final mərhələsində 1-ci yerə layiq görülüb.
“İki sahil” xəbər verir ki, iki mərhələdən ibarət olan müsabiqəyə 244 komanda qatılıb. Onların arasından 10 ən yaxşı komanda final mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin əsas qalibi olan BANM-in AzPlagio komandası layihənin reallaşdırılması üçün 10 000 AZN investisiyaya layiq görülüb.
AzPlagio komandasının üzvləri Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri İlqar Məmmədov, Nəzrin Qurbanova, Ağamirzə Fətəliyev, Adil Məhərrəmli, Bəhruz Hüseynov və Ruhan Budaqlıdır.
EdTech Startap Müsabiqəsi ali təhsil müəssisələrində oxuyan tələbələr arasında keçirilən yarışmadır. Yarışmanın əsas məqsədi tələbələr tərəfindən hazırda ölkəmizdə təhsil sahəsində olan çağırışların müəyyənləşdirilməsi, onlara cavab vermək üçün texnoloji həllərin təqdim olunmasıdır.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub