Millət vəkili Könül Nurullayeva həftə ərzində qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
“İki sahil” xəbər verir ki, Milli Məclisin deputatı qəbul zamanı vətəndaşlarla fərdi formada görüşərək, onların şikayət və problemləri ilə yaxından maraqlanıb.
Nəzərinizə çatdıraq ki, görüş zamanı qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında özünüməşğulluq proqramına müraciət edən Vətən müharibəsi qazilərinin üzləşdiyi müəyyən çətinliklərlə bağlı müraciəti, aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri, ixtiraçının patent almaqla əlaqədar yaşadığı çətinlik, məhəllənin kanalizasiya sisteminin yenilənməsi, illər əvvəl binaları sökülən vətəndaşların hələ də mənzillə təmin olunmaması, vətəndaşın əsassız səbəbdən işdən çıxarıldığına dair iddiası, yaşayış binasının həyətyanı sahəsinin abadlaşdırılması və s. ilə bağlı məsələlər başlıca yer almışdır.
Deputat Könül Nurullayeva qəbulun sonunda bildirib ki, görüşdə iştirak edən bütün vətəndaşların müraciətləri qeydiyyata götürülmüşdür və onlar həll edilməsi məqsədilə ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub