Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anar Məmmədov Naftalan şəhəri Heydər Əliyev Mərkəzində seçiciləri ilə növbəti qəbul zamanı Naftalan şəhər sakini azyaşlı Məftalıyev Sənan Ruslan oğlunun müraciətini dinləyib.
“İki sahil” xəbər verir ki, 5 oktyabr 2021-ci il tarixində Naftalan şəhərində anadan olub, hazırda isə Naftalan şəhəri 1 nömrəli orta məktəbdə oxuyan azyaşlı təhsil sahəsində əldə etdiyi uğurlarından danışaraq qarşıdakı müddətdə Bakı şəhərində yerləşən liseylərdən birində təhsil almaq üçün millət vəkilinə müraciət edib. Onu səmimiyyətlə qəbul edərək, dinləyən deputat Anar Məmmədov Sənanın timsalında bütün uşaqlara təhsildə uğurlar arzulayıb. Deputat Sənan Məftalıyevin etdiyi müraciəti şəxsən nəzarətə götürüb və onun qısa zamanda həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlarını verib.
Deputatın köməkçisi Elçin Cahangirov bu gün Ruslanın ailəsində olub, valideyni ilə görüşüb və mövcud vəziyyətlə əlaqədar fikir mübadiləsi aparılıb. Ailə ilə olan görüşün nəticəsi artıq millət vəkilinə məruzə olunub.
Sonda ailə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub