Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsi (PSA) “Ferrero” şirkəti birgə əməkdaşlığı çərçivəsində Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramı (TCP) üzrə beş həftəlik təlimlər yekunlaşıb.
“İki sahil” xəbər verir ki, təlimlərin son sessiyası 18-19 dekabr tarixlərində Quba rayonunda baş tutub.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Qubada Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda keçirilən son sessiyanın təlimləri ADAU tələbələri tərəfindən maraqla qarşılanıb. Belə ki, sessiyanın nəzəri hissəsində Ferrero mütəxəssisləri məhsul yığımından sonrakı texnologiyalar, fındığın keyfiyyət parametrləri, dəyər zəncirinin optimallaşdırılması və təşkili, məhsulun izlənməsi və bazarın inkişafı mövzularını əhatə ediblər.
Sonra isə praktiki olaraq Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda tələbələr institutun in vitro laboratoriyasında fındıq bitkisinin in vitro şəraitində çoxaldılması və maddi-texniki bazası ilə tanış olublar.
Təlimin sonunda imtahan sessiyasına hazırlıq məqsədilə USAID ve “Ferrero” şirkətinin birgə istehsalı olan fındıqçılıq üzrə texniki təlimat kitabçaları tələbələrə paylanılıb. İmtahan sessiyası yanvar ayı üçün nəzərdə tutulur.
İmtahanı müvəffəqiyyətlə bitirən tələbələr beynəlxalq sertifikatla təltif olunacaqlar.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub