20 dekabr 2021 16:50
2241

YAP Qaradağ rayon təşkilatı “BOS Şelf MMC” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı “BOS Şelf MMC” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Hesabat-seçki yığıncağı açıq elan edildikdən sonra müasir müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Hesabat-seçki yığıncağının gündəliyi təsdiq edildikdən sonra “BOS Şelf” MMC-nin baş direktor əvəzi Nazim Hüseynov hesabat məruzəsi ilə çıxış edib.

Hesabat məruzəsinə münasibət bildirən iclas iştirakçıları YAP Qaradağ rayon təşkilatı “BOS Şelf MMC” ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyətini qənaətbəxş hesab ediblər.

Gündəlikdə duran məsələlər çərçivəsində iclas iştirakçıları tərəfindən “BOS Şelf MMC” ərazi partiya təşkilatının sədri vəzifəsinə şirkətin baş direktor əvəzi Nazim Hüseynovun namizədliyi irəli sürülüb.

Səsvermə yolu ilə Nazim Hüseynovun namizədliyi təsdiq edildikdən sonra “BOS Şelf”in insan resursları üzrə baş meneceri Qalib Həsənov və insan resursları üzrə meneceri Cavanşir Əliyevin ərazi partiya təşkilatı sədrinin müavini vəzifəsinə namizədlikləri irəli sürülüb. Səsvermə yolu ilə Qalib Həsənov və Cavanşir Əliyevin namizədlikləri təsdiq edilib.

Yığıncaqda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, bir il əvvəl Azərbaycan dövləti tarixə öz şanlı Qələbəsini yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin müəllifi olduğu bu qələbəmizin qazanılmasında xüsusi rolu olan xalq-iqtidar birliyi daha bir imtahandan uğurla keçdi. İllərdən bəri göstərilən siyasi qətiyyətin, möhkəm iradənin məntiqi nəticəsi olan bu Zəfər yolunda atılan addımlar bəhrəsini verdi, Azərbaycan bayrağı işğaldan azad olunan ərazilərimizdə dalğalandı.

İclasın sonunda YAP Qaradağ rayon təşkilatının sədri qarşıda duran vəzifələrdən danışaraq ərazi partiya təşkilatlarına müvafiq tövsiyyələrini verib.

Orxan Vahidoğlu, “İki sahil”