Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, Milli Məclisin deputatı Malik Həsənov, Cəlilabad Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, din xadimləri, qazilər və ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olmuş Fərəcullalı kənd sakini Hüseynli Ədalət Səadət oğlunun şəhadətinin ildönümünə həsr edilmiş mərasimdə iştirak ediblər.
“İki sahil” xəbər verir ki, mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub, onun döyüş yolu barədə söhbət açılmış və valideynlərinə dərin hüznlə başsağlığı verilib.
Allah bütün şəhidlərimizin məkanını cənnət, məqamını ali etsin!
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub