Milli Məclisin deputatı Malik Həsənov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Fərəcullalı kəndində şəhid Hüseynli Ədalət Səadət oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü ilə əlaqədar anım mərasimində iştirak ediblər.
“İki sahil” xəbər verir ki, Millət vəkili Malik Həsənov qeyd edib ki, 44 günlük Vətən müharibəsi ordumuzun qüdrətini, gücünü, döyüş əzmini, qələbə ruhunu göstərdi. Əsgərlərimiz Vətən, torpaq uğrunda döyüşdülər. Döyüşlərdə iştirak edənləri, qəhrəmanlarımızı unutmuruq. Şəhidlər bizim üçün, Vətənimiz üçün əbədiyyətə qovuşublar. Belə qəhrəmanların ömür yolu vətənpərvərlik məktəbidir və bundan bəhrələnərək formalaşan gənc nəslimiz Vətən, torpaq sevgisi ilə yaşayır.
Malik Həsənov vurğulayıb ki, şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənin bölünməzliyinə imza atdılar. Azərbaycan yenilməz, mübariz xalq olduğunu təsdiqlədi. Şəhidlərimizin ruhu bu gün şaddır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalanır.
Şəhidin xatirəsinə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.
Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub