22 dekabr 2021 15:29
1263

Azərbaycan son 18 ildə FOTO

Füzulidə bu adda təntənəli tədbir keçirilib

Dekabrın 22-də Füzuli rayonundakı Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra Hkimiyyətinin və YAP Füzuli rayon təşkilatının birgə təşkilatçılığı ilə «Azərbaycan son 18 ildə» adlı tədbir keçirilib. Qələbəliklə keçən tədbirdə şəhid ailələri, qazilər, rayon ağsaqalları və ziyalıları, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Füzuli rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Almaz Həşimova bildirdi ki, Ali Baş Komandan, böyük siyas xadim cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan xalqının böyük əksəriyyətinin yekdilliklə seçdiyi Prezident kimi ötən 18 ildə iqtisadi sosial, hərbi-siyasi sahədə böyük yeniliklər etməklə ölkəmizi dünyanın nüfuzlu ölkələri sırasına çıxarmışdır. Bu illərdə dövlət başçısı kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. O, ümummilli lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. 30 il həsrətində olduğumuz torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun 44 günlük Vətən Müharibəsində Zəfər çalaraq erməni işğalından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bir məsələni də unutmaq olmaz ki, keçən dövr elə də asan olmayıb. Azərbaycanı hər zaman daxildən parçalamaq, onu inkişafdan geri salmaq, ən əsası isə Qarabağın işğalı ilə barışmağa məcbur etmək kimi çətinliklərə və təhlükələrə baxmayaraq, Prezident İlham Əliyev bütün bu problemləri həll etməyi bacardı. Bu isə böyük siyasi məharət, iradə, qətiyyət tələb edirdi. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi və ildən-ilə biz ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Bunu həm də dünya görür. Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir. Cənab İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz Prezidentin fəaliyyətində bunun əyani təsdiqini görürük.

Tədbirdə çıxış edən Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, İkinci Qarabağ Müharibəsindəki möhtəşəm Zəfərimizin memarı Ali Baş Komandanımız cənab İlham Əliyev son 18 il ərzində bu Qələbəyə ciddi hazırlaşmışdı. 44 günlük tarixi Qələbəmizlə Azərbaycanın düşmənlərinin beli qırılmaqla onların gələcək təcavüz planları da məhv edilib. Cənab İlham Əliyev yalnız ölkə başçısı kimi deyil, həm də beynəlxalq təşkilatların rəhbəri kimi də təqdirəlayiq addımlar atdı.

Alı Alıyev vurğuladı ki, Prezident İham Əliyevin yüksək liderlik məharəti eyni dərəcədə xarici siyasət sahəsində özünü büruzə verir. Məhz siyasətçi məharətinin mühüm göstəricilərindən biri onun uzaqgörənliyi, hədəflərin dəqiq müəyyənləşdirilməsi, uzunmüddətli dövrü əhatə edən planların işlənib hazırlanması istedadı sayıla bilər. Azərbaycanın qarşısında duran vəzifələrin həllini təmin etmək üçün dövlətin güc və qüdrətinin səbrlə və məqsədyönlü şəkildə artırılması, ölkənin beynəlxalq imicinin yüksəldilməsi yolu ilə milli maraqlarımızın reallaşdırılmasında əhəmiyyətli beynəlxalq dəstəyin əldə edilməsi, ordunun döyüş qabiliyyətinin ciddi şəkildə yüksəldilməsi vasitəsilə Qarabağın işğaldan azad ediməsi və s. bu fikrin aydın ifadəsidir.

Tədbirdə rayon Ağsaqqalar Şurasının sədri Zülfüqar Əliyev, Azərbaycanın Milli Qəhrəmanı Pəhlivan Fərzəliyevin oğlu Xaliq Fərzəliyev, şəhid Elnur Quliyevin anası Marusa Həsənova, Vətən Müharibəsi qazisi Niyaməddin Hüseynov çıxış edərək Prezident İlham Əliyevin son 18 illik qətiyyətli və ləyaqətli siyasi fəaliyyətindən danışıblar.

Elçin Zaman, « İki sahil»