Dekabrın 22-də YAP Hacıqabul rayon təşkilatının təşkilatçılığı ilə «Azərbaycan son 18 ildə» mövzusunda konfrans keçirilib.
Konfransda Hacıqabul rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının üzvləri, rayonun idarə və müəssisə rəhbərləri və partiya fəalları iştirak ediblər.Tədbirdə ilk öncə Yeni Azərbaycan Partiyasının təsisçisi, müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin və vətən torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı YAP Hacıqabul rayon təşkilatının sədr müavini vəzifəsini icra edən İsmayıl İbrahimov açaraq bildirib ki, 2003-cü ilin 15 oktyabr seçkisində seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verərək onu Azərbaycan Respublikasının Prezidenti seçdilər. Bununla da Azərbaycan xalq ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, sürətli və dinamik inkişafa səs verdi. Ötən müddət ərzində cənab Prezident çox böyük uğurlara imza ataraq ölkədə bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edib. Belə ki, daxili və xarici siyasətin tam vəhdəti təmin edilib, ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Deməli, Azərbaycan Prezidenti çox düzgün, müasir, səmərəli və fayda gətirən siyasi kurs həyata keçirir. Bu gün Prezident İlham Əliyevin daim milli və dövləti maraqlardan çıxış edərək, ulu öndər Heydər Əliyevin siyasi kursunu rəhbər tutaraq yorulmadan Azərbaycan dövlətçiliyi və xalqı üçün çalışdığını hər kəs etiraf edir. Cənab İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi son 18 ilə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişafın getdiyinə əmin oluruq. Bu gün Azərbaycan Cənubi Qafqazın ən uğurlu və ən güclü müstəqil dövlətidir.
Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək bildirdi ki, bu gün müstəqil dövlətimizdə təkrarsız siyasi korifey Heydər Əliyevin işləyib hazırladığı siyasi kurs onun layiqli varisi cənab Prezident İlham Əliyev tərəfindən böyük əzmlə və müasir dünyanın nəbzinə uyğun yaradıcılıqla həyata keçirilir və Azərbaycan Heydər Əliyev inkişaf yolu ilə, Heydər Əliyev ideyalarının işığında inamla addımlayır.
Azərbaycanda son 18 ildə Prezident İlham Əliyevin gələcəyə hesablanan, düşünülmüş uğurlu daxili və xarici siyasəti nəticəsində sosial, iqtisadi, idarəetmə və kadr islahatları genişləndirildi, multikultural ənənələrə, milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması, gənclərin vətənpərvər ruhda böyüməsi təmin edildi.
Rüstəm Xəlilov qeyd etdi ki, ötən 18 ildə ölkə xaricində görülmüş işlərlə yanaşı ölkə daxilində də inkişaf, təhlükəsizlik və sabitlik təmin olunmuşdur. Cənab İlham Əliyevin Prezident seçildiyi ilk illərdən bu günə kimi qəbul etdiyi "Regionların sosial iqtisadi inkişafına dair dövlət prqoramları", Azərbaycan 2020 gələcəyə baxış inkişaf kosepsiyası və bu kimi ardıcıl proqramların icrası nəticəsində Azərbaycanın bütün ərazisində sosial-iqtisadi sıçrayışa nail olunmuşdur. Paytaxtla yanaşı ölkənin bütün regionlarında abadlıq-quruculuq işləri aparılmış, istehsal müəssisələri istifadəyə verilmiş, kənd təsərrüfatı genişləndirilmiş, sahibkarlığa dövlət dəstəyi artırılmış, yeni yollar və iri infrastruktur layihələri həyata keçirilmişdir. Bunun nəticəsində də əhalinin sosial rifahı yüksəlmişdir.
Doğma vətənimiz və xalqımız qarşısında Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də qüdrətli Azərbaycan Ordusunun yaranmasıdır. 18 ildə müasir ordu quruculuğu istiqamətində ardıcıl olaraq vacib addımlar atıldı, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi məqsədi ilə Silahlı Qüvvələrimizin maliyyə imkanları artırıldı, yeni müasir texnika və avadınlıqlar, silah-sursatlar alındı, hərbi qulluqçuların əmək haqqıları artırıldı, əskər və zabitlərimizin döyüş əzmi yüksəldilərək Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına daxil edilməsi təmin olundu.
İH başçısı vurğuladı ki, böyük inkişaf yolu keçmiş şanlı ordumuz Müzəffər Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalan doğma torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdi. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu gün xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq, dövlətimiz qalib dövlət kimi tanınır. Hazırda düşmən işğalından azad edilən doğma torpaqlarımızda yenidənqurma, bərpa, abadlaşdırma işləri sürətlə aparılır.
Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizin daha çevik inkişaf etməsinə gətirib çıxaracaqdır.
18 ildə Azərbaycanın hər bir sahədə əldə etdiyi bütün uğurların və nailiyyətlərin əsasında yalnız və yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə tətbiq olunan düzgün idarəçilik modeli dayanır və bu uğurlu inkişaf biləvasitə Cənab İlham Əliyevin gərgin əməyinin bəhrəsidir.
Hacıqabul rayon icra hakimiyyəti başçısının müavini Xuraman Məmmədova çıxışında bildirdi ki, Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının başlanğıcı idi. Onun ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artırılır, Azərbaycan idxalçı ölkədən ixrac edən ölkəyə çevrilməyə başlayır. Regionların inkişafı, durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatların uğurlu nəticələri, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə Heydər Əliyevdən sonra ikinci böyük siyasi xadimə çevirir.
X.Məmmədova onuda vurğuladı ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.
Sonra mövzu ətrafında çıxışlar olub.
Tədbirin sonunda mövzuya uyğun olaraq xüsusi hazırlanmış qısametrajlı film nümayiş etdirilib.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub