Tərtər rayonunun Çaylı kəndində Laçın rayonundan məcburi köçkün Mahmudov Şəhriyar Mahmud oğlunun 5 nəfər ailə üzvü ilə birlikdə müvəqqəti məskunlaşdığı, ümumi yaşayış sahəsi 99.3 kvadrat metr olan fərdi evdə 15 sentyabr 2021-ci ildə yanğın baş verib.
“İki sahil” xəbər verir ki, Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olub, 4 otaqlı fərdi evin içərisindəki əşyalarla birlikdə yanaraq yarasız vəziyyətə düşdüyünü qeydə alıblar. 22 sentyabr 2021-ci ildə Dövlət Komitəsi tərəfindən evin təmirinə başlanılıb. Yanmış otaqların döşəməsi və tavanı, qap və pəncərələri yenilənib, divarlar oboyla üzlənib, dam örtüyünə rəngli metal təbəqələr vurulub, evin ətrafında səkilər betonlanıb. Ev tam təmir olunmuş vəziyyətdə ailəyə təhvil verilib.
Qeyd edək ki, Şəhriyar Mahmudovun qardaşı Bəxtiyar Mahmudov 21 fevral 2021-ci ildə Suqovuşanda mina partlaması nəticəsində həlak olub.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub