“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Bakı Mühəndislik Universitetində (BMU) III doza (buster) vaksinasiya prosesi davam edir.
“İki sahil” xəbər verir ki, mövcud pandemiya qaydalarına ciddi əməl edilməklə həyata keçirilən növbəti vaksinasiya kampaniyası Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunub.
BMU-nun professor-müəllim heyəti və əməkdaşları peyvəndlənmə prosesinə könüllü şəkildə qatılıblar. Belə ki, iki doza peyvənd olunmasından 150 gün keçmiş universitet əməkdaşları müraciətləri əsasında qeydiyyata alınıb. Müvafiq müayinə prosedurları icra edildikdən sonra həmin əməkdaşlar zəruri tibbi ləvazimat və lazımi şəraitə malik otaqda III doza vaksinasiya edilib.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub