"YAŞAT" Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən Vətən müharibəsi qaziləri “Baykar Savunma” şirkətinə məxsus olan istehsal fabrikində olublar. Qazilərimiz şirkətin istehsal sahəsində "TB2", "TB3", "Akıncı" kimi PUA-larla tanış olublar.
Fonddan "İki sahil"ə verilən məlumata görə, görüş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində təşkil edilib.
“Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar qonaqlara şirkətin yaradılması tarixi, fəaliyyət istiqamətləri və gələcək prioritetlərə dair təqdimat edib, müxtəlif istiqamətlərdə müzakirələr aparılıb.
Qazilərə şirkət tərəfindən hazırlanan, Vətən müharibəsində qazanılan parlaq qələbəyə həsr olunan marka və "Akıncı" PUA-nın maketi təqdim olunub.
Qazilər Vətən müharibəsi zamanı əldə olunmuş qələbədə “Baykar Savunma” şirkətinə məxsus PUA-ların müstəsna əhəmiyyətini diqqətə çatdırıb və öz təşəkkürlərini bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, “YAŞAT” Fondu tərəfindən ümumilikdə 156 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyəyə göndərilib, onlardan 111-i ölkəyə qayıdıb. Hazırda 45 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir.
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb