Dekabrın 24-də Daşkəsən Rayon İcra Hakimiyyəti və “Azərişıq” ASC-nin birgə təşkilatçılığı ilə rayonda yeni 110 kV-luq “Əhmədli” və 35 kV-luq “Zağalı” elektrik yarımstansiyalarının açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, elektrik yarımstansiyalarının istifadəyə verilməsi Daşkəsən rayonunun iri yaşayış məntəqələrindən olan Xoşbulaq, Zağalı, Qazaxyolçular və digər kəndlərin hələ sovetlər dövründən bəri narazılıq yaradan əhalinin elektrik enerjisi ilə bağlı problemini tamamilə aradan qaldıracaq və bununla da sakinlər 24 saat dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.
Açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, “Azərişıq” ASC-nin sədr müavini Qədir İsmayılov, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, qazilər, kənd sakinləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək Zağalı və Əhmədli kəndləri ərazilərində ən müasir formada tikilən elektrik yarımstansiyalarının Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi günündə istifadəyə verildiyini vurğulayıb.
Sonra “Azərişıq” ASC-nin aparıcı mühəndisi Hamlet Cəfərov, rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, Zağalı kənd sakinləri və şəhid valideynləri adından şəhid atası İlham Cabbarov çıxış edib, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb