Yasamal Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 20 nömrəli orta məktəbdə müəllim və şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.
DİN-in mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, tədbirdə Yasamal Rayon Polis İdarəsinin, Rayon İcra Hakimiyyətinin rəhbərliyi, orta məktəbin şagird-müəllim kollektivi və digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər. Yasamal RPİ-nin rəis, polis polkovniki C.Əmirov çıxış edərək narkomiyanın insan həyatına, sağlam gənc nəslin yetişməsinə mənfi təsirləri, narkotiklə mübarizə ilə bağlı rayon ərazisində görülən tədbirlərlə bağlı fikirlərini bölüşməklə yanaşı iştirakçılara öz məsləhət və tövsiyələrini verib.
Həmçinin çıxış edən digər şəxslər şagirdlərə tövsiyyələr verərək hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini gənclərin diqqətinə çatdırıblar.
Daha sonra narkomaniya ilə bağlı video çarx təqdim edilib şagirdlərin sualları cavablandırılıb.
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb
Şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib