Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 min 436 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 2 min 578, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 249, “buster” doza ilə peyvənd olunanların sayı 20 min 609 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 203 min 595, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 155 min 907, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 659 min 458 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 1 milyon 388 min 230 nəfərdir.
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb
Şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib