26 dekabr 2021 17:37
1043

Şəhidimiz doğum günündə anılıb

Gədəbəy rayonu Parakənd kənd sakini 44 günlük vətən müharibəsin şəhidi Nağıyev Elfaq Azad  oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

“İki sahil” xəbər verir ki, ziyarətdə Gədəbəy RİH başçısının vəzifəsini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon Təşkilatının sədri Rüstəm Nağıyev, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirak ediblər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!