Azərkitab kitab mərkəzində millət vəkili, şair-publisist Musa Urudun ( Quliyev) “Zəngəzur”, “Zəngəzur toponimləri”, eləcə də “Payız küləyi” və “Alma ağacı” kitablarının təqdimat və “İmza Günü” keçirildi. “İki sahil” xəbər verir ki, təqdimatda Milli Məclisin deputatları, şairlər, ədəbi tənqidçilər, bir sıra elm və mədəniyyət xadimləri iştirak edirdilər.
Tədbirdə çıxış edərək kitablar haqqında məlumat verən millət vəkili Musa Urud “Zəngəzur” və “Zəngəzur toponimləri” kitablarının gənc nəsil üçün yol xəritəsi rolunu oynayacağını hesab etdiyini vurğulayaraq bildirdi ki, kitabda erməni işğalı altında olan Zəngəzur torpaqlarının, qədim yer-yurd adlarının izahı, coğrafiyası, tarixi etimologiyası, folkloru haqqında oxuculara geniş məlumatlar təqdim olunub.
Şairin müxtəlif illərdə yazılmış seçmə şeirlərinin toplandığı “Payız küləyi” kitabındakı şeirlərin əsas leytmotivini isə Vətən sevgisi, yurd həsrəti, xalqımızın qəhrəmanlıq mübarizəsi, Qarabağdakı Zəfər savaşımız, eləcə də insan taleyi, sevgi motivləri təşkil edir.
Təqdimatı keçirilən digər bir kitab isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təkilatı Parlament Assambleyasına ithaf edilən “Alma ağacı” kitabı idi. İngilis, rus, türk, gürcü və Azərbaycan dillərinə tərcümə olunaraq oxuculara təqdim olunan “Alma ağacı” kitabının xalqlar arasında mədəni-bədii əlaqələrin möhkəmlənsməsinə xidmət edəcəyi vurğulandı.
Tədbir iştirakçıları hər bir kitab haqqında öz fikirlərini bölüşərək bildirdilər ki, Musa Urudun müəllifi olduğu bu kitablar Azərbaycan həqiqətlərinin, ədədbiyyatının və tarixinin təbliğində xüsusi yeri tutacaqlar.
Nilufər Mustafaqızı,
Könül Əliyeva,
Nurlan Məlikzadə
“İki sahil”
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb
Şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib