03 mart 2022 15:02
793

İdman veteranları gənc idmançılarla görüşüblər FOTO

Martın 3-də “İdman Həftəsi çərçivəsində idman veteranları ilə gənc idmançıların görüşü təşkil edilib.

“İki sahil” xəbər verir ki,  görüşdə Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov, eləcə də Elşad Nərimanov, Rəfiqə Şabanova, Lüdmila Şubina, Çingiz İsmayılov, Məryəm Bağbanlı, Bəxtiyar Ağaxanov, Məhəmməd Müslümzadə, Svetlana İşməmmədova və digər idman veteranları iştirak ediblər.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə veteranlar öz idman uğurları və xatirələrini gənc idmançılarla bölüşüb, onların suallarını cavablandırıblar.