"Araz-Naxçıvan" yenidən Azərbaycan Birinci Divizionda çıxış edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Futbol Federasiyası məlumat yayıb.
Qeyd edilib ki, növbəti mövsümdən futbol üzrə Azərbaycan Birinci Divizionda oynamağı qarşısına məqsəd qoyan "Araz-Naxçıvan" Peşəkar Futbol Klubunda təşkilati işlər görülməkdədir.
“Artıq komandaya təyin olunacaq yeni baş məşqçinin adı da məlum olub. Belə ki, klub UEFA PRO kateqoriyalı məşqçi Azər Bağırovla razılaşıb. Yeni baş məşqçi artıq Naxçıvan gəlib və bu gün komandaya təqdim olunub. Yaxın günlərdə onunla rəsmi olaraq müqavilə imzalanacaq, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Azər Bağırov son olaraq Birinci Divizion təmsilçisi "Səbail-2" komandasının baş məşqçisi vəzifəsində çalışıb.