10 mart 2022 19:26
693

Kiyev vilayətində "Coca-Cola" zavodunu atəşə tutub FOTO

Rusiya hərbçiləri Kiyev vilayətində "Coca-Cola" zavodunu atəşə tutub.

“İki sahil” unian.net-ə istinadla xəbər verir ki, nəticədə zavodun arxa hissəsi qismən dağılıb, avadanlıqlar sıradan çıxıb.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Teleqramda məlumat verib.

"Bolşaya Dımerka yaxınlığında "Coca-Cola" zavodu atəşə tutulub. Kogenerasiya qurğusu zədələnib”, - məlumatda deyilir.

Ölən və yaralananlar barədə məlumat yoxdur.