“Beynəlxalq kino şirkətlərinin Rusiyaya tətbiq etdiyi sanksiya ilə əlaqədar Azərbaycan kinoprokat bazarında ehtimal olunan problemin müxtəlif həll yolları mümkündür”.
“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
“Bu şirkətlərin Azərbaycana yaxın olan Türkiyə və ya Şərqi Avropa ölkələrində yerləşən ofisləri ilə əlaqə saxlanılaraq filmlərin prokatı məsələsinin fasiləsiz davam etdirilməsi variantı var. Bu suala konkret cavab almaq üçün isə, bu işlə məşğul olan distribusiya şirkətlərinə və kino yayımçılarına müraciət etmək lazımdır”, - məlumatda qeyd olunub.