11 mart 2022 13:07
687

Gülaydan Elza Seyidcahana cavab:  Sizi sevirəm

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan müğənni gülay Zeynallının ünvanına tənqidlər səsləndirib. 

“İki sahil” xəbər verir ki, Elza onun bəstəsini onsuz ifa edən Gülaya əsəbi olduğunu deyib. 

Gülayın qarşı tərəfə cavabı gecikməyib. Seyidcahanla fotosunu paylaşan Zeynallı onun tənqidlərinə təriflə cavab verib. 

"Elza xanım, mən sizə və böyüklərə hörmət edən bir xanımam. Sizi sevirəm" deyə, Gülay bildirib.

Qeyd edək ki, Seyidcahan Gülaya verdiyi "Əl çəksin kədər" mahnısını müğənninin oxumasını bəyənməyib.