11 mart 2022 17:11
723

Şahin Seyidzadə Bakı Marionet Teatrının kollektivi ilə görüş keçirib

10 mart – Azərbaycan peşəkar milli teatrının yaranması günü “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) qeyd edilib.

“İçərişəhər” DTMQİ Mətbuat Xidmətindən “İki sahil”ə verilən xəbərə görə, tədbirdə Qoruğun İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrının kollektivi ilə görüşüb.

Azərbaycan peşəkar milli teatrının yaranmasının 149-cu ildönümünə həsr olunmuş səmimi görüşdə Şahin Seyidzadə Milli Teatr Günü münasibəti ilə Marionet Teatrının simasında bütün tədbir iştirakçılarını, eləcə də sənət adamlarını səmimi-qəlbdən təbrik edərək onlara gələcək fəaliyyətlərində peşə uğurları arzulayıb.
Bu gün ildönümünü qeyd etdiyimiz Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi yol keçdiyini qeyd edən İdarə sədri teatr sənətinin hər birimizin həyatında mühüm rol oynayan “mədəni institut” olduğunu vurğulayıb.

Sonda Bakı Marionet Teatrının direktoru Tərlan Qorçuya və yaradıcı heyətinin üzvlərinə - aktyorlar Hikmət Hüseynova, Nazim Hüseynova, Həsən Yaqubova, Əli Allahverdiyevə, aktrisa Aysel Bədəlovaya və Fərizə Babayevaya İdarənin rəhbərliyi adından fəxri fərmanlar və hədiyyələr təqdim olunub.