12 mart 2022 17:56
577

Türkiyə yeni PUA istehsalı edəcək

Türkiyənin "Baykar" şirkəti yeni pilotsuz uçuş aparatının (PUA) istehsalına başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə şirkətin texniki direktoru Səlcuq Bayraktar öz "Twitter" səhifəsində elan edib.

O bildirib ki, "Kızılelma" adlı yeni pilotsuz hərbi uçuş aparatı tezliklə təqdim olunacaq.

Qeyd edək ki, "Kızılelma"nın prototipi 3,5 il əvvəl təqdim olunmuşdu.