13 mart 2022 02:39
720

Basketbol üzrə qızlar liqasında üçüncü turun qalibləri müəyyənləşib

Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən 3x3 basketbol üzrə qızlar liqasında üçüncü turun qalibləri müəyyənləşib.

"İki sahil" xəbər verir ki, böyüklər arasında “Qarabağ”, “Xarı Bülbül”, “Generation Z”, uşaqların yarışında isə “BBA (Şağan)”, “Patriot”, “Torpaq” komandaları mükafatçılar arasında yer alıblar.

Qeyd edək ki, 3x3 basketbol üzrə qızlar liqasının birinci turunun oyunları 2021-ci ilin sentyabr, ikinci turunun oyunları isə dekabr aylarında baş tutub.