Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd olunacaq.
Dövlət Xidmətindən "İki sahil"ə verilən məlumata görə, əlamətdar gün münasibətilə ölkə vətəndaşlarının tarixi abidələrin fonunda çəkdirdiyi şəkillərin onlayn sərgilənməsi nəzərdə tutulur.
Trixi məkanları ziyarət edən hər kəs abidələrin fonunda çəkdirdiyi fotoları info@heritage.gov.az elektron ünvanına göndərə bilər.
Göndərilən fotolardan ən yaxşıları seçilərək Dövlət Xidmətinin rəsmi “Facebook” səhifəsində nümayiş olunacaq.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu