"Biz istəyirik ki, Şuşanı fəaliyyətimizdə ana xətt kimi aparaq".
“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Shusha talks" ("Şuşa söhbətləri") layihəsinin təqdimat mərasimində deyib.
"Bu gün biz önəmli bir layihəyə start veririk. Bu layihə Cənab Prezident tərəfindən elan edilən "Şuşa ili" nə həsr edilib.
Şuşa mədəniyyət paytaxtımız olaraq azadlığının ikinci ildönümünü yaşayacaq. Bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandana, ordumuza təşəkkür edirik. İstəyirik ki, Şuşa söhbətləri vasitəsilə Şuşanın dəyərini təbliğ edə bilək. "Şuşa söhbətləri" çərçivəsində biz müxtəlif insanları-jurnalistləri, blogerləri, tarixçiləri, jurnalistləri bu söhbətlərə dəvət edəcəyik.
Bu bir başlanğıcdır. İlboyu belə müzakirələr keçirəcəyik. Layihənin uğurundan asılı olaraq növbəti illərdə də davam etməyi düşünürük. Bu layihələrdə vətəndaş cəmiyyətinin iştirakı çox vacibdir”.
Nazir müzakirələrin növbəti mərhələsini Şuşada keçirməyi düşündüklərini vurğulayıb.