Fransa Prezidenti Emmanuel Makron geyim tərzi baxımından hazırda Avropada öz stilinə görə ən çox müzakirə olunan ukraynalı həmkarı Volodimir Zelenskidən nümunə götürməyə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazıb.
Nəşr bildirir ki, Fransa Prezidenti daim ictimaiyyət qarşısına üzü təraş olmuş və kostyumu üzərinə qüsursuz yaraşan şəkildə çıxır. Lakin Emmanuel Makron yeni yayılan fotoları ilə özünün adət edilən tərzini bir kənara qoyduğunu deməyə əsas verib.
Belə ki, sözügedən fotolarda Makron Yelisey sarayında kifayət qədər rəsmi olmayan geyimdədir.
Məqalə müəlliflərinin fikrincə, Fransa Prezidenti son zamanlar videomüraciətlərində kifayət qədər sadə geyinən Volodimir Zelenskidən nümunə götürməyə qərar verib.
Makronun geyim tərzinin belə anidən dəyişməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər Makronun bu jestini təqdir etsələr də, onu qınayanlar da az olmayıb.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib