Gəncə Dövlət Kukla Teatrına baş rejissor təyin edilib.
“İki sahil” xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov bununla bağlı müvafiq əmr imzalayıb.
Şamil Məmmədli 1994-cu ildə anadan olmuşdur. 2017-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsini bitirdikdən sonra, Gəncə Dövlət Kukla Teatrında rejissor assisenti, daha sonra quruluşçu rejissor kimi əmək fəaliyyətinə başlayıb.
Ş.Məmmədlinin teatrda çalışdığı 5 il ərzində hazırladığı bütün tamaşalar hələ də teatrın repertuarındadır.
Şamil Məmmədli 44 günlük Vətən müharibəsində iştirak edib, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu