16 mart 2022 12:13
532

Şadam ki, atam vətənində dəfn ediləcək

“İnsanın atasını itirməsi çox dərin kədərdir”.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov deyib.

O, atasının vəfatının gözlənilməz olduğunu vurğulayıb: “Şadam ki, o, Bakıya gətirildi, vətənində dəfn ediləcək. Və arzulayanlar, onu sevənlər gəlib məzarını ziyarət edə biləcəklər. Əlbəttə o, böyük insan, möhtəşəm ata idi”.

F.İbrahimbəyov bildirib ki, atası ölümqabağı ondan dostlarına salam çatdırmasını istəyib: “O, son sözündə bütün dostlarına salam söylədi. Dedi ki, əgər ölsəm, mənim bütün köhnə dostlarımı qucaqla, onlara sevgimi çatdır”.