17 mart 2022 15:54
1082

Brüs Uillis kino karyerasını yekunlaşdırır

Amerikalı aktyor Brüs Uillis kino karyerasını yekunlaşdırmaq qərarına gəlib.

“İki sahil”in “Sputnik.by”-a istinadən verdiyi xəbərə görə, buna səbəb aktyorun xəstəliyi olub.

Belə ki, 66 yaşlı Hollivud ulduzunun demensiya sindromunun ilkin mərhələsindən əziyyət çəkir. Bu sindrom zamanı yaddaş pozğunluğu və düşünmə qabiliyyətinin itirilməsi yaşanır.

Xəstəliyin irəliləməsi səbəbindən aktyor ssenariləri və uzun mətnləri əzbərləməkdə çətinlik çəkir.

Qeyd edək ki, hazırda Brüs Uillis bir neçə kiçikbüdcəli filmdə rol alıb.