17 mart 2022 16:32
1098

Vaqif Mustafazadənin anadan olmasının 82-ci ildönümü ilə bağlı konsert keçirilib

Bu gün ADA Universitetində Vaqif Mustafazadənin anadan olmasının 82-ci ildönümü münasibətlə görkəmli caz ifaçısının musiqi irsinə həsr olunan konsert proqramı təqdim olunub.

“İki sahil” xəbər verir ki, konsertin əvvəlində pianoçu Vüsal Aydəmirov "Bayatı-Şiraz" kompozisiyası ilə çıxış edib.

Tədbir musiqiçilərin ifasında Amerika caz musiqi nümunələri və Vaqif Mustafazadənin əsasını qoyduğu caz-muğam üslubunda kompozisiyaların səsləndirilməsi ilə davam edib.

Sonra bəstəkarın keçdiyi yaradıcılıq yolundan, “Amerikanın səsi” radiosunda 40 ildən çox “Caz saatı” verilişinin aparıcısı olmuş Uillis Konnoverin Vaqif Mustafazadəyə həsr etdiyi verilişlərdən bəhs olunub.

Qeyd edək ki, konsert ADA Universiteti və Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə keçirilib.