21 mart 2022 11:31
947

Masallıda yeni musiqi kollektivi yaradılıb

Masallıda yeni musiqi  kollektivi təşkil edilib. “Cənub incisi” adlanan bu  vokal- instrumental ansamblın tərkibi rayonda fəaliyyət göstərən istedadlı mədəniyyət işçilərdən ibarətdir.  Xalq mahnıları, muğam, estrada, eləcə digər musiqi janrlarını əhatə edən ansamblın repertuarı çox zəngindir.

Onun təşkilində isə başlıca məqsəd   bölgədə musiqi ənənələrinin yaşadılması, milli musiqi sənətimizin parlaq nümunələrinin qorunması və təbliğinə töhfə verməkdir.

"Cənub incisi" vokal-instrumental ansamblı Masallı Regional Mədəniyyət İdarəsi və tabe qurum olan N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək bayram və əlamətdar günlərdə,  ölkə daxili,  həmçinin xaricdə qastrol səfərləri zamanı,  digər mədəni-kütləvi tədbirlərdə  çıxış edəcəkdir. 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin  üzvü