21 mart 2022 17:04
740

Novruz və adət-ənənələrimiz FOTO

Təbiətə gözəlik qatan, ürəklərə sevindirən, bənövşə qoxulu, çiçək ətirli yazın gəlişi ilə Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq  Muzeydə  keçirilən bayram tədbirlərin  ardı-arası  kəsilmir.  Burada təşkil olunan “ Novruz və adət-ənənələrimiz” adlı tədbir də yaddaşlara yazıldı.   Masallı şəhər 3 və 6 saylı tam orta məktəblərinin müəllim və şagirdlərin iştirak  ilə keçən  tədbirdə ilk öncə  Vətən torpaqların azadlığı naminə özlərini qurban verən qəhrəman oğlanların əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva dedi:-  Xalqımızın qədim, əziz  bayramı olan Novruzun mənşəyi və yaranma tarixi uzaq keçmişə gedib çıxır .  Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunub.   Bayram xalqımızın həyata nikbin baxışını, təbiətin və insanlığın qələbəsinə inamı özündə yaşadır.  Həm də  bu günədək özünəməxsusluğunu qoruyan unikal bayram sayılır.

Muzeyin elmi işçisi Dilguşə  Məmmədova  isə Novruz bayramının xalq arasında yaşadılan ənənələrindən, bayram günlərində bişirilən milli şirniyyat, eləcə  digər nemətlərdən, Novruzla bağlı xalq oyunlardan məktəblilərə geniş məlumat verdi. 
 Tədbirin sonda qonaqlar bayramla əlaqədar qurulmuş sərgiyə baxdılar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü