21 mart 2022 17:30
611

Bayram günlərində şəhid ailələri ziyarət olunur FOTO

Bu bahar ürəklərə özgə bir sevinc gətirib.  Artıq  düşmən tapdağından azad olmuş Qarabağımızın hər guşəsində bayram tonqalları  şölə saçır. Belə bir əziz  gündə daha çox qanı bahasına   qələbə sevincini  öz xalqına yaşadan qəhrəman oğullar yada düşür, onların  ailələrinə baş çəkənlərin  sayı bilinmir. Masallı Tarix-Diyarşünaslıq  Muzeyinin və Rayon Dövlət Rəsm Qalereyasının əməkdaşları da bayram  günlərdə  rayonda yaşayan şəhid ailələrini unutmurlar. 

Bayram günləri  sözügedən müəssisələrin əməkdaşları rayonun Sığdaş kəndində şəhid Amid Salayevin, Kolatan kəndində şəhid Əli Quliyevin ailələrinin qonağı olublar.

Mədəniyyət işçiləri sonra Kolatan kəndində qazi Əmrah Qurbanova baş çəkiblər.  Ziyarətçilər şəhid ailələrinə və qazi qardaşımıza  mənəvi dəstəklərini ifadə edərək, ailə üzvlərinə bayram sovqatları  paylayıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü