22 mart 2022 12:08
739

Lənkəranlı aşpaz Livanda birinci olur

Elçin  Həsənov Lənkəran şəhərində yaşayır.  Sənəti aşpazlıqdır.   E. Həsənov  hazırda  Lənkəran Peşə Liseyində “Turizm sahəsində iaşə”  ixtisasında İstehsalat Təlim Ustası kimi fəaliyyət göstərir. O, həm də  Xəzər Palace hotelinin  baş aşpazıdır.  Bişirdiyi  ləziz xörəklərin dadı uzun müddət adamın damağından getmir.

Deməyim odur ki, Livanda Beynəlxalq İslam  ölkələri üzrə  kulinariya yarışması olmuşdur. Təmsil etdiyi Lənkəran komandası ilə həmin yarışa qatılan Elçin Həsənov birinci yerə layiq görülübdür. 

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü