22 mart 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, aparatın məsul işçiləri və bir qrup partiya fəalları, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Məmmədli Tural Aqil oğlunun doğum günü ilə əlaqədar dəfn edildiyi Tərtər rayonunun Bəyimsarov kənd qəbiristanlığındakı məzarını ziyarət edərək, qəbri üzərinə gül- çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
YAP Tərtər rayon təşkilatından “İki sahil”ə verilən məlumata görə, Şəhidin ailə üzvləri ilə görüşüb, valideyinlərinə bir daha başsağlığı veriblər. Şəhidin valideyni və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azad olunmuş ərazilərdə 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb - FOTO