22 mart 2022 14:43
518

Milli Qəhrəman anıldı

22 mart 2022- ci il tarixdə Birinci Qarabağ  müharibəsi şəhidi, Milli Qəhrəman Orucov Vəzir Surxay oğlunun anım  günü ilə əlaqədar Tərtər şəhərində ucaldılmış abidəsi ziyarət edilib.

“İki sahil” xəbər verir ki, ziyarətdə YAP Tərtər rayon təşkilatının məsul işçiləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.

Allah bütün  şəhidlərimizə rəhmət eləsin!