22 mart 2022 15:10
656

Bayram günlərinin sevgi payı

 Novruzda bir-birinə əl tutmaq, qəlb sevindirmək ululardan bizə qalan ən nəcib ənənədir. Xoşbəxt  xalqıq ki, bu ənənəyə sevgimiz hər il də artır.

 Bu  bayramı  günlərində Cəlilabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının iştirakı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı   rayon komitəsinin dəstəyi sayəsində   şəhid Hüseyn Məhəbbət oğlu Bəndəliyev və Vətən müharibəsi qazisi Məzahir İlham oğlu Əliyevin ailələri  bayram sovqatı ilə evlərində  ziyarət olunub.

 Kəşfiyyatçı şəhid Hüseyn Bəndəliyev 2006-ci ilin mart ayının 17-də Tərtər rayonunun Torpaqtəpə adlanan ərazisində şəhidlik zirvəsinə ucalıb. Qazi Məzahir Əliyev  isə Vətən müharibəsində Füzuli və Xocavənd rayonlarının, Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək ağır xəsarət alıb. 

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü