22 mart 2022 18:55
536

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 2 min 741 test nəticəsində məlum olub ki, 34 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 791 min 545-ə yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 7 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 9 min 666 nəfər təşkil edib.

Daha 145 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 781 202-yə yüksəlib.