Mingəçevir Dövlət Dram Teatrının kollektivi martın 22-23-də “Sehrli xonça” tamaşası ilə Ağdaş məktəblilərinin qonağı olub.
“İki sahil” xəbər verir ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində nümayiş etdirilən tamaşa bayram günlərində məktəblilər üçün gözəl hədiyyə olub. Vüsal Mehrəliyevin quruluşçu rejissorluğu ilə təqdim olunan “Sehrli xonça” tamaşası məktəbliləri nağıllar dünyasına ağarıb, onlarda Novruz adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin gözəlliyi, özünəməxsusluğu haqqında gözəl təəssürat yaradıb.
Tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu