Energetika nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev öz xahişi ilə direktor müavini vəzifəsinə keçirilib.
“İki sahil” xəbər verir ki, onun yerinə nazirin müşaviri Cavid Abdullayev agentliyin direktoru vəzifəsini müvəqqəti icra edəcək.
Bundan əlavə, digər müşavir Xalidə Məsimova Energetika Nazirliyi Aparatı rəhbərinin müavini təyin olunub.